28 Nisan 2013 Pazar

İlk Görəndə Təəccübləndim - Budumu yazıçı?


25.04.2013, saat 14:13. Kiçik akt zalının qapısından içəri balaca boylu, təxmini 45 kilo, üzü tüklü, eynində çox sadə və heç də təzə olmayan geyimli biri girdi. Üzündə həyatda çox şeylər gördüyünü, çox əzablar çəkdiyini, açıq şəkildə görmək olurdu, gözlərində qəribə bir kədər var idi. Dərin baxırdı. Hə özüdə çox dərin.İlk dəfə onu görənlər təəccübünü gizlədə bilmədi. Budurmu yazar? O niyə belə geyinib? deyənlərdə az olmadı.O danışmağa başladıqda isə...Danışdıqda hər gün baxıbda görə bilmədiklərimizi, yada görmək istəmədiklərimizi bizə açıq şəkildə göstərdi, artıq əynindəki o köhnə paltarları gözümdə daha da qiymətli bir şeyə çevrilirdi. Geyimə görə insana qiymət verməmək lazım olduğunu bir daha bizə göstərmiş oldu... Çox sadə və axıcı bir dili var, hər kəsin başa düşəcəyi dildə danışırdı. Kitab cümlələri qurmur,özünü olduqca sadə aparır, insanda elə bir təəssürat yaradırdı ki sanki neçə ildi bu insanı tanıyırsan. Ruhumu qidalandırdı, nəfsimizin bizə nələr eletdirdiyini bir daha göstərdi. Hər kəliməsi bir başqa yönə aparıdı məni. Cəmiyyətin insanlıqdan çıxdığını, insanların dini, sevgini, qarşılıqlı hörməti, səbri unutduqlarını söylədi. Haqlı deyilmiydi? Çox halıydı. 



Bülənt Akyürek 1969-cu ildə Elazığda dünyaya gəlib.Ankarada yaşayır. Çörək pulu qazanmaq üçün çox fərqli işlərdə işləmişdir. Hətta butulka belə yığmışdır. Çox gənc yaşlarında sümük əriməsindən ayaqlarını itirmişdir. Və həyatını protezlə yaşamağa məcbur olmuşdur.Cəsur, acıqsözlü,səmimiliyi ilə insanı özünə heyran buraxan biridir.20 minə yaxın kitab oxumuşdur.17 yaşında ilk romanını yazdı. Yazdığı hər romanla böyük səs küyə səbəb oldu. Roman qaydalarına qarşı olduğu deyildi. Çox fərqli bir üslubu var. Qələmə çox sərtdir. Həyatını 35 ilini ateist olaraq yaşadı. Sonra üç gecə üst-üstə gördüyü yuxu ilə həyatı dəyişdi və islamı qəbul etdi. Yazdığı kitablara Kadınlar üzərinə Ahmet abinin gözündən kaçanlar, Yılqın Türklər, İçinizdəki öküzə oha deyin, İtin biri, Cinnetim cennetimdir, Tanrı ağladı, Öylen namazına nasıl kalkılır, Çöldəki Penguen, Boş laflar antolijisi və s. kimi kitabları vardır. Türkiyədə kitabları ən çox satan yazıçılardan biridir. Bülent Akyürək həmişə şəxsi inkişaf yönümlü kitabalara qarşı çıxmışdır. Xarici dillərdən tərcümə olunub bizə oxumaq üçün verilən kitabların ,bizim mədəniyyətimizə, insanlığımıza uyğun olmadığını, insanları dinindən uzaqlaşdırdığını deyir. Birinci ol, uğur qazan, sənin başqalarından nəyin əksikdir, yüksəyə qalx, işdə liderlik sənin olsun deyilərək insana onda nələrinsə əksik olduğu deyildi. O əksiklikləri tamamlamağa çalışansa artıq cəmiyyətdə insan kimi deyildə ac heyvan kimi yetişdirildi.Özündə həmişə nəyinsə əksik olduğun düşünən, daima o əksiklikləri tamamlamağa çalışan, heç vaxt gözü doymayan, nəfsinin qarşını ala bilməyən bir ovçu...Bülent Akyürek Qərbin bu cür kitablarına qarşı çıxır və onları parçalayacağını deyir. Qərbin bu zəhərinə panzəhər düzəltməklə məşğulam deyir. Yazılarını oxusaz bu insanın heç nədən qorxusu yoxdur deyərsiniz. Özünün dediyi kimi yazarkən və danışarkən qorxunun nə olduğunu unuduram. Məncə onu insanlar sevdirən ən böyük cəhətdə qorxmazlığı, açıq sözlülüyüdür.


 İki saat necə gəlib getdiyindən xəbərim belə olmadı. Mənə elə gəlirdiki sanki indicə başlamışdıq söhbətə. Ama hər şeyin sonu olduğu kimi buda bitdi. Birdə o insanı nə vaxt görəcəyəm onu bilmirəm ama onu yenidən görməyi və daha söhbət etməyi çox istəyərəm.Evə gəldim və düşünməyə başladım... Biz necə bir cəmiyyətdə yaşayırmışıq? Mən bu vaxtadək bunları niyə görməmişəm ? dedim özümə. Cavab yox idi... Çox vaxt bu sual soruşulanda cavab olaraq zəmanəni günahlandırılar, ama əsl günahkarlar bizlər deyilmiyik? Dəyişməyi biz istəmədikmi? Müasirliyi geyimdə, saç düzümündə, dəbdə axtarmadıqmı? Bülent Akyüreyin dediyi kimi, biz öz nəfsimizin qurbanların çevrilmişik. Bəs biz bunlari necə düzəldə bilərik. Necə qarşısını ala bilərik? Ən düzgün cavabı isə elə onun özü verim “Marş okununca nefes almadan, kıpırdamadan kılıç gibi duran insanlar kadar, Kâbe denince dizleri titreyen adamlar olabildiğimiz gün ümit var demektir, aksi halde Allah’ın rahmetine sığınıp bekleyeceğiz ama işimiz çok zor o zaman…”

Gülnar Şəfiyeva
ADPU-nun tələbəsi

***
 
Tədbirlə bağlı, Gülnarın yazdığı yazı 28.04.2013-də Türküstan qəzetində də çap olundu. Elektron variantını oxumaq üçün daxil olun:
 


9 Nisan 2013 Salı

2 Manata Kitab Aksiyası

Ayın yeddisində 2 manata kitab paylayırdılar. Satırdılar yox, paylayırdılar. Biz də orda idik. :) Belə şeylərdən geri qalmağı, özümüzə yaraşdırmıram.


 "Qanun" nəşriyyatla "Əli və Nino" mağazası kitab kampaniyası keçirir və kitabların qiyməti 2 manatdır. Bu xəbər çox sevindiricidir. “Sahil” metrosu yaxınlığındakı "Əli və Nino" kitab mağazasının ev sahibliyi etdiyi tədbir, mağazanın qabağında, küçədə keçirilirdi. Piştaxtaların üzərində kitabların çoxluğu diqqət çəkirdi. Yüzdən çox çeşiddə olan kitablar alıcıların əhatəsində idi.
Kim deyir ki, gənclər kitab almır?
Kampaniya xəbərini eşidən kitab həvəskarları fürsəti əldən verməyib. Bunların arasında tələbələr çoxluq təşkil etsə də, hər yaşdan olan insanları görmək olardı. Piştaxtaların qabağında dayanmağa yer yox idi. Kitabı alanlar kənara çəkilirdi ki, kitablardan kənarda dayananlar da ala bilsinlər. Bu qədər insanın kitaba axın etməsi sevindiricidir. Bir o qədər də düşündürücüdür. Deməli, kitab almaq istəyən gənclər az deyil. Belə məlum olur ki, kitabın satışı gənclərdən yox, kitabları satanlardan, kitabçılardan asılıdır. Kitabçılar demişkən, "Qanun" nəşrlər evinin sahibi Şahbaz Xuduoğlu ilə, “Əli və Nino” kitab mağazasının təsisçisi Nigar Köçərli də piştaxtanın ətrafında idilər. Arada-sırada, hansısa janrda kitab almaq istəyən ancaq məlumatı olmayan alıcılara Ş.Xudoğlu məsləhətlərini verirdi. "Bu kitab Bakı haqqındadır, şah İsmayılın Bakıya gəlişi də var. Yaxşı yazıb". Naşirdən aksiya barədə məlumat verməyi xahiş etdik.
Şahbaz Xuduoğlu: "Kitab aksiyasını yay boyunca davam etdirəcəyik. Hər həftənin 6-cı günü bu cür aksiyalar keçirəcəyik. Çalışacağıq ki, aksiya yay boyunca davam etsin. Kitabların yığılıb qalmağındansa, oxunmağı yaxşıdır. Bu aksiyadan heç bir gəlirimiz olmur. Kampaniyaya çıxardığımız kitabların arasında maya dəyəri 10 manatdan çox olan kitablar var. Kitab almağa maliyyə imkanı olmayanlara biz şans veririk ki, bəyəndikləri, oxumaq istədikləri kitabları ala bilsinlər.


"Kitab almaq həvəsi ilə bura toplaşan gənclərdən birinə yaxınlaşıram. Adı Asifdir, Bakı Dövlət Universitetini bitirib. Deyir ki, burdakı qiymətlər əladır: "Başqa yerdən bu kitabları 10 manata filan alırıq. Burdan isə 10 manata həmin kitabdan 5-ni almaq olar. Bu cür kampaniyaların tez-tez keçirilməsini istərdim. Almaq istədiyim kitablar hələ çoxdur". Kitab alan gənclərin arasında professor Niyazi Mehdini də görmək olar. Professor kitab almaqla yanaşı, həm də öz kitablarının qabığının içərisinə oxucularına ürək sözlərini yazırdı. Niyazi bəyin kitabını bəhanə edib, professora yaxnlaşdım. Kitabı imzaladıqdan və ürək sözlərini yazdıqdan sonra kampaniya ilə bağlı fikirlərini bölüşməsini istədim. Əgər bu kitablar satılmırsa, düşünmürəm ki, bu kitabların keyfiyyəti ilə bağlıdır. Satılmamağın səbəbi kitabların qiymətidir. Kitablarla bağlı vergi siyasəti dəyişməlidir, ƏDV (əlavə dəyər vergisi) ləğv edilməlidir ki, bu sahə də inkişaf edə bilsin". Xatırladaq ki, kampaniyanı "Qanun" nəşriyyatı ilə, “Əli və Nino” mağazası birgə təşkil edir və hər həftənin şənbə günləri bu cür aksiyalar keçirməyi düşünürlər.

Tural Qurbanlı, hafta-ichi.az
http://www.hafta-ichi.az/news.php?id=88707#.UWO_mOULPi4.facebook

2 Aralık 2012 Pazar





En son gittiğimiz minyatürk kitap müzesi, bugün TRT1' ekranlarında da yayınlandı.

BAKÜ’ de edebiyat klübü çatısı altında, etkinliklerimiz devam edecek.






3 Kasım 2012 Cumartesi

Nizami Ədəbiyyat Muzeyinə Gəzinti

3 Noyabr 2012 günü, ADPUGƏK üzvləri və universitetimizdən tələbələrlə yanaşı, tələbələrin yaxın dostları, qardaşları, bacıları ilə bir yerdə, Tarqovıdə yerləşən Nizami adına Ədəbiyyat Muzeyinə gəzinti tərtib olundu. 

Sahildə Kitab Oxuma aksiyamıza cəmi 14 nəfər iştiraq edərkən, ikinci olaraq təşkil etdiyimiz bu aksiyamıza isə 23 nəfər gəldi. 

Muzeydə şəkil çəkmək qadağan olduğuna görə, muzey haqqında, daha doğrusu içərisi haqqında bir dənə də olsun əlimizdə material yoxdu. 

Muzeydə xəyf ki, sənədli film çəkilişi getdiyinə görə, bizi sadəcə olaraq ikinci mərtəbədə gəzdirdilər. Bundan kənar mənfi bir vəziyyət yaranmadı. Amma biz, 17-ci əsrdən öncəsini də öyrənmək istəyərdik. 

Muzey gəzintisindən sonra, bir neçə nəfər aramızdan ayrıldı və qalanlarla da həmən yaxınlığındakı İçərişəhərdə gəzinti prosesi davam etdirildi. Mən (Gökbey), bir müddət sonra dostumla kitab təqdimatına gedəndən sonra, klubumuzun digər köməkçi rəhbəri Qərənfil də, üzvlərimizlə gəzintini başa çatdırdı. 

Gələnlərdən cəmi 3 nəfərin oğlan, qalanların hamısının da qız olması, diqqətə dəyər bir təfərrüatdır. Çünki, qızlardan bir neçəsi, iştirakçıların ümumiyyətlə oğlan olacağını gözləyirdim, elə buna görə də az qalsın gəlməyəcəkdim sözünü işlədəndə, belə detalları yazmanın yaxşı olduğunu düşünürəm. 

Hərhalda gəzintimiz uğurlu başa çatdı və hər bir iştirakçımız xoşbəxtliklə evinə qayıtdı.


29 Ekim 2012 Pazartesi

Sahildə Kitab Oxuma Aksiyası

06.10.2012 günü kəçirdiyimiz Sahildə Kitab Oxuma Aksiyasından görüntüləri təqdim edirik.






21 Ekim 2012 Pazar

ADPU GƏNC ƏDƏBİYYATÇILAR KLUBU (ADPUGƏK)

ÜMUMİ MƏLUMAT
  • ADPUGƏK – Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində təşkil olunmuş tələbə klubudur.
  • ADPUGƏK – universitetimizdə təhsil alan istedadlı tələbələrin kluba könüllü üzvlüyünə əsaslanaraq təşkil olunacaqdır.
  • ADPUGƏK – ədəbiyyat sahəsində öz istedadı ilə fərqlənən tələbələrin iştirakı ilə fəaliyyət göstərəcəkdir.
KLUBUN İDARƏ HEYƏTİNİN TƏRKİBİ

Sədr:
Ali Uluç

Müavinlər:
Abdullah Köse, Qərənfil Alışova

KLUBUN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
  • ADPUGƏK – istedadlı tələbələrin ədəbi cəhətdən həvəsləndirməsini nəzərdə tutur.
  • ADPUGƏK – azərbaycanlı, yaxud xarici ölkələrdən Azərbaycana təşrif buyurmuş əcnəbi şair və yazarlarla, sənət adamları və ziyalılarla, ümumilikdə istedadlı insanlarla görüşlər keçirməyi nəzərdə tutur. Belə görüşlərin hər ayda bir dəfə keçirilməsi planlaşdırılır.
  • ADPUGƏK – yaradılacaq internet saytında klub üzvlərinin əsərlərini çap etdirmək məqsədi daşıyır.
  • ADPUGƏK – gənc və istedadlı tələbələr arasında müxtəlif müsabiqələr, yarışlar keçirməyi və qaliblərin mükafatlandırılmasını nəzərdə tutur.

KLUBUN PLANLARI
  • Klubun öz jurnalını dərc etdirmək planı nəzərdə tutulmuşdur ki, bu da istedadlı gənclərin öz istedadını büruzə vermək imkanı yaradacaqdır.
  • ADPUGƏK – istifadə olunmuş, eyni zamanda yeni kitabları toplayaraq, Azərbaycanın bölgələrində yerləşən məktəblərin kitabxanalarına göndərmək və nəticədə onların kitab fondunu zənginləşdirmək planını nəzərdə tutur.

ÜZVLÜK HAQQINDA
  • ADPU-da təhsil alan hər bir istedadlı tələbə fakültesindən asılı olmayaraq, kluba üzv olmaq hüququna malikdir.
  • Eyni zamanda klubun üzvlərindən istənilən şəxs arzu etdiyi zaman üzvlükdən çıxmaq hüququna malikdir.
  • Klubun üzvlüyündən çıxmaq üçün bu barədə klub rəhbərliyinə yazılı surətdə müraciət etmək kifayətdir.
  • Klubun keçirilən iclaslarında 3 (üç) dəfədən artıq iştirak etməyən klub üzvünün üzvlüyü ləğv olunacaqdır.
  • Klub üzvlərindən hər hansı biri öz öhdəsinə götürdüyü işləri 3 (üç) dəfədən artıq yerinə yetirmədiyi təqdirdə üzvlükdən kənarlaşdırılacaqdır.