28 Nisan 2013 Pazar

İlk Görəndə Təəccübləndim - Budumu yazıçı?


25.04.2013, saat 14:13. Kiçik akt zalının qapısından içəri balaca boylu, təxmini 45 kilo, üzü tüklü, eynində çox sadə və heç də təzə olmayan geyimli biri girdi. Üzündə həyatda çox şeylər gördüyünü, çox əzablar çəkdiyini, açıq şəkildə görmək olurdu, gözlərində qəribə bir kədər var idi. Dərin baxırdı. Hə özüdə çox dərin.İlk dəfə onu görənlər təəccübünü gizlədə bilmədi. Budurmu yazar? O niyə belə geyinib? deyənlərdə az olmadı.O danışmağa başladıqda isə...Danışdıqda hər gün baxıbda görə bilmədiklərimizi, yada görmək istəmədiklərimizi bizə açıq şəkildə göstərdi, artıq əynindəki o köhnə paltarları gözümdə daha da qiymətli bir şeyə çevrilirdi. Geyimə görə insana qiymət verməmək lazım olduğunu bir daha bizə göstərmiş oldu... Çox sadə və axıcı bir dili var, hər kəsin başa düşəcəyi dildə danışırdı. Kitab cümlələri qurmur,özünü olduqca sadə aparır, insanda elə bir təəssürat yaradırdı ki sanki neçə ildi bu insanı tanıyırsan. Ruhumu qidalandırdı, nəfsimizin bizə nələr eletdirdiyini bir daha göstərdi. Hər kəliməsi bir başqa yönə aparıdı məni. Cəmiyyətin insanlıqdan çıxdığını, insanların dini, sevgini, qarşılıqlı hörməti, səbri unutduqlarını söylədi. Haqlı deyilmiydi? Çox halıydı. 



Bülənt Akyürek 1969-cu ildə Elazığda dünyaya gəlib.Ankarada yaşayır. Çörək pulu qazanmaq üçün çox fərqli işlərdə işləmişdir. Hətta butulka belə yığmışdır. Çox gənc yaşlarında sümük əriməsindən ayaqlarını itirmişdir. Və həyatını protezlə yaşamağa məcbur olmuşdur.Cəsur, acıqsözlü,səmimiliyi ilə insanı özünə heyran buraxan biridir.20 minə yaxın kitab oxumuşdur.17 yaşında ilk romanını yazdı. Yazdığı hər romanla böyük səs küyə səbəb oldu. Roman qaydalarına qarşı olduğu deyildi. Çox fərqli bir üslubu var. Qələmə çox sərtdir. Həyatını 35 ilini ateist olaraq yaşadı. Sonra üç gecə üst-üstə gördüyü yuxu ilə həyatı dəyişdi və islamı qəbul etdi. Yazdığı kitablara Kadınlar üzərinə Ahmet abinin gözündən kaçanlar, Yılqın Türklər, İçinizdəki öküzə oha deyin, İtin biri, Cinnetim cennetimdir, Tanrı ağladı, Öylen namazına nasıl kalkılır, Çöldəki Penguen, Boş laflar antolijisi və s. kimi kitabları vardır. Türkiyədə kitabları ən çox satan yazıçılardan biridir. Bülent Akyürək həmişə şəxsi inkişaf yönümlü kitabalara qarşı çıxmışdır. Xarici dillərdən tərcümə olunub bizə oxumaq üçün verilən kitabların ,bizim mədəniyyətimizə, insanlığımıza uyğun olmadığını, insanları dinindən uzaqlaşdırdığını deyir. Birinci ol, uğur qazan, sənin başqalarından nəyin əksikdir, yüksəyə qalx, işdə liderlik sənin olsun deyilərək insana onda nələrinsə əksik olduğu deyildi. O əksiklikləri tamamlamağa çalışansa artıq cəmiyyətdə insan kimi deyildə ac heyvan kimi yetişdirildi.Özündə həmişə nəyinsə əksik olduğun düşünən, daima o əksiklikləri tamamlamağa çalışan, heç vaxt gözü doymayan, nəfsinin qarşını ala bilməyən bir ovçu...Bülent Akyürek Qərbin bu cür kitablarına qarşı çıxır və onları parçalayacağını deyir. Qərbin bu zəhərinə panzəhər düzəltməklə məşğulam deyir. Yazılarını oxusaz bu insanın heç nədən qorxusu yoxdur deyərsiniz. Özünün dediyi kimi yazarkən və danışarkən qorxunun nə olduğunu unuduram. Məncə onu insanlar sevdirən ən böyük cəhətdə qorxmazlığı, açıq sözlülüyüdür.


 İki saat necə gəlib getdiyindən xəbərim belə olmadı. Mənə elə gəlirdiki sanki indicə başlamışdıq söhbətə. Ama hər şeyin sonu olduğu kimi buda bitdi. Birdə o insanı nə vaxt görəcəyəm onu bilmirəm ama onu yenidən görməyi və daha söhbət etməyi çox istəyərəm.Evə gəldim və düşünməyə başladım... Biz necə bir cəmiyyətdə yaşayırmışıq? Mən bu vaxtadək bunları niyə görməmişəm ? dedim özümə. Cavab yox idi... Çox vaxt bu sual soruşulanda cavab olaraq zəmanəni günahlandırılar, ama əsl günahkarlar bizlər deyilmiyik? Dəyişməyi biz istəmədikmi? Müasirliyi geyimdə, saç düzümündə, dəbdə axtarmadıqmı? Bülent Akyüreyin dediyi kimi, biz öz nəfsimizin qurbanların çevrilmişik. Bəs biz bunlari necə düzəldə bilərik. Necə qarşısını ala bilərik? Ən düzgün cavabı isə elə onun özü verim “Marş okununca nefes almadan, kıpırdamadan kılıç gibi duran insanlar kadar, Kâbe denince dizleri titreyen adamlar olabildiğimiz gün ümit var demektir, aksi halde Allah’ın rahmetine sığınıp bekleyeceğiz ama işimiz çok zor o zaman…”

Gülnar Şəfiyeva
ADPU-nun tələbəsi

***
 
Tədbirlə bağlı, Gülnarın yazdığı yazı 28.04.2013-də Türküstan qəzetində də çap olundu. Elektron variantını oxumaq üçün daxil olun:
 


Hiç yorum yok:

Yorum Gönder